Accessibility links

ABŞ BMT-nin qətnaməsində düzəlişlər edib  - 2004-06-23


Amerika BMT-nin müharibə cinayətlərinə dair qətnaməsinə düzəlişlər əlavə edib. BMT-nin Təhlükəsizlik Şurasında etirazlarla qarşılaşmalarına baxmayaraq, Amerika diplomatları Ameirka əsgələrinə 2005-ci ilin iyun ayına qədər toxunulmazlıq verilməsi üçün hazırkı qətnamənin yalnız bir il müddətinə uzaldılmasını istədiklərini bildiriblər. Hazırkı qətnamə ABŞ hərbi qüvvələri və BMT-nin sülhümühafizə qüvvələrində xidmət edən bəzi əsgərlərin Beynəlxalq Müharibə Cinayətləri üzrə tribunalında cəzalandırılmaması üçün onlara toxunulmazlıq verir. Lakin Amerika əsgələrinin məhbuslarla rəftarı ilə əlaqədar qalmaqal Təhlükəsizlik Şurasının bəzi üzvləri arasında məsələ ilə bağlı mübahisələrə gətirib çıxarmışdır. Keçən həftə BMT-nin baş katibi Kofi Annan toxunulmazlıq haqda qətnamənin uzaldılmasına etirazını ifadə etmişdir. Məsələ Təhlükəsizlik Şurasında həftə ərzində müsakirə olunacaq.

XS
SM
MD
LG