Accessibility links

BMT nümayəndəsi İsrail və Fələstin liderləri ilə görüş keçirir - 2004-06-26


Birləşmiş Millətlər Təşkilatı İsrail və Fələstini İsrail qüvvələrinin Qəzzanı tərk etməsi imkanından maksimum faydalanmağa çağırıb. Təşkilatın hazırda münaqişə tərəflərinin liderləri ilə görüşlər keçirən Yaxın Şərq üzrə nümayəndəsi Vilyams Börns qoşunların geri çəkilməsini yol xəritəsi planın həyata keçirilməsində istifadə etməyə çağırmışdır. Bütün bunlarla yanaşı regionda zorakılıqlar davam edir. İsrail qüvvələrinin bildirdiyinə görə İordan çayının qərb sahilindəki Nablus şəhərində bir silahlı fələstinli qətlə yetirilib. Nablus cümə axşamı günündən etibarən İsrailin fələstinli yaralıların axtarışını həyata keçirdiyi bölgədir.

XS
SM
MD
LG