Accessibility links

Əfqanıstan seciçilərinə xəbərdarlıq verilir - 2004-06-26


Əfqanıstanda baş verən bomba partlayışı nəticəsində iki qadın həlak olmuş, 12 adam yaralanmışdır. Seçki üzvlərini məntəqələrə daşıyan avtobusda partlayış Cəlilabad şəhərində baş vermişdir. Yaralananlar arasında iki uşaq da olmuşdur. Hadisənin məsuliyyətini Talebanı təmsil edən Əbdul Lətif Hakimi üzərinə almışdır. O demişdir ki, hücum seciçilərə səsvermədə iştirak etməmələlərinə xəbərdarlıqdır. Taleban rejiminin hakimiyyətdən salınmasından sonra Əfqanıstanda ilk prezident və parlament seçkiəri sentyabr ayında keçirilməlidir.

XS
SM
MD
LG