Accessibility links

Prezident Buş İrlandiyada Avropa Birliyi liderləri ilə görüşüb  - 2004-06-26


Amerika Birləşmiş Ştatları və Avropa Birliyi İraq müvəqqəti hökumətinə tam dəstək verdiklərini bəyan ediblər. Prezident Buş, Avropa Birliyinin indiki prezidenti həmçinin İralandiyanın Baş Naziri Berti Ahern və Avropa komisiyasının başçısı Romano Prodi İrlandiyada keçirdikləri mətbuat konfransında bu bəyanatı açıqlayıblar. Onlar İraqa yardım göstərəcəklərinə söz veriblər. Prezident Buş deyir ki, o, İraq müharibəsi məsələsi ilə əlaqədar olaraq Avropalılarla fikir ayrılığına son qoyulduğuna inanır. NATO- terrorçuların hədə-qorxularını dəf etmək üçün İraqlılara yardım etməyə qadirdir və buna məsuliyyət daşıyır. Avropa Birliyi və Birləşmiş Ştatların qəbul etdikləri birgə bəyanatda İraqın müvəqqəti hökumətinin tam himayəsi qeyd edilib. Sənəd Bağdadda formalaşmış tam suverən hökumətin azad, dünyəvi, demokratik, vahid və firavan bir ölkə qurmasına çalışacağını qeyd edib. Prezident Buş, Baş nazir Berti Ahern və Avropa komissiyasının başçısı Prodi dünya hökumətlərini İraqın xarici ölkələrə olan borclarını azaltmağa çağırıblar. Onlar həmçinin İraqın müvəqqəti hökumətinə təhlükəsizlik qüvvələrinin təlimi və seçkilərin keçirilməsi ilə bağlı yardım edəcəklərini bildiriblər. İraqda 2005-ci il yanvar ayından gec olmayaraq ümumi seçkilərin keçirilməsi nəzərdə tutulub. İyulun 1-də koalisiya hakimiyyəti İraqın müvəqqəti hökumətinə təhvil verəcək. Prezident Buş İrlandiyadan Türkiyəyə yola düşüb. O, Ankarada Türkiyənin liderləri ilə qarşılıqlı münasibətləri müzakirə edəcək. Bazar ertəsi isə o, NATO-nun İstanbul zirvə toplantısında iştirak edəcək.

XS
SM
MD
LG