Accessibility links

Amerika və Avropa Birlyi İranı nüvə proqraməndan əl çəkməyə səsləyir - 2004-06-26


Birləşmiş Ştatlar və Avropa Birliyi İran hökumətinin nüvə sentifuqalarının istehsalını yenidən bərpa edəcəyi haqda verdiyi bəyanatdan bərk narahatdır. Qərb ölkələri Tehranı öz qərarını dəyişdirməyə səsləyiblər. Bu birgə bəyanat bu gün Prezident Buşun Avropa liderləri ilə keçirdiyi danışıqlarda verilib. İran hökuməti keçən il beynəlxalq ictinmaiyyətin mövqeyini nəzərə alaraq uran zənginləşdirməsini dayandırmağa razı olmuşdu. Beynəlxalq Nüvə Enerjisi Agentliyi rəhbəri Məhəmməd Əl-Baradei ümid etdiyini bildirib ki, İran uran zənginləşdirməsinə qoyduğu moratoriuma qayıdacaq. Cümə Axşamı Vaşinqtonda, yüksək səviyyəli Amerika rəsmisi Con Bolton İranın nüvə proqramınınb günyada sülhə təhlükə törətdiyini qeyd edərək, bu haqda BMT Təhlükəsizlik Şurasına müraciət etməyin vacib olduğunu bildirib.

XS
SM
MD
LG