Accessibility links

İraqda bomba partlayışları nəticəsində 23 nəfər həlak olub - 2004-06-27


Birləşmiş Ştatların hərbi rəsmilərinin bildirdiyinə görə Bağdadın cənubunda iki maşına yerləşdirilmiş bomba partlayışları 23 nəfərin ölümünə səbəb olub. Şiələrin yaşadığı Hillah şəhərində baş verən bu partlayışlar nəticəsində 60 adamın yaralandığı xəbər verilir. Dünən gecə Bağdadın 60 kilometrliyində baş verən bu partlayışlar Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın hakimiyyəti İraqın müvəqqəti hökumətinə təhvil verməsindən bir neçə gün əvvələ təsadüf edir. İraqın yeni dövlət başçısı İyad Ələvi Birləşmiş Ştatlar koalisiya qüvvələrinə qarşı olanlara amnistiya tətbiq ediləcəyini deyib. Lakin amnistiyanın yalnız cinayətə əl atmayanlara şamil ediləcəyini bildirib. İngiltlərə televiziyasına verdiyi müsahibəsində o deyib ki, İraqa əlavə qüvvə bəlkə də lazım olmayacaq. O bildlrib ki, Birləşmiş Ştatlar artıq son aylar əsgərlərinin sayını 11300-dən 141000-nə qaldırıb.

XS
SM
MD
LG