Accessibility links

İran nüvə silahı istehsalı haqda iddiaları rədd edir - 2004-06-29


BMT nüvə agentliyinin rəhbəri İrana istinadən Tehran yaxınlığında baxımsız qalmış bir yerin Birləşmiş Ştatların iddia etdiyi kimi nüvə silahı araşdırması üçün yox, hərbi araşdırma üçün istifadə edildiyini söyləmişdir Bu gün Rusiyada səfərdə olan Beynəlxalq Nüvə Enerjisi Agentliyi rəhbəri Məhəmməd əl Baradei demişdir ki, İran həmin sahəni keçmiş fizika institutu və sonradan bio-texnoloji araşdırma mərkəzi kimi təsvir edir. Cənab Əl Baradei deyib ki, təhqiqatçılar həmin mühitdən Bazar ertəsi bir neçə nümunə götürərək ordakı cihazları yoxlamadan keçiriblər. Bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşən Əl-Baradei Rusiyanın İrana nüvə silahı istehsal etməkdə yardım göstərməsindən narahat olmadığını bildirmişdir.

XS
SM
MD
LG