Accessibility links

İraqın Nəcəf şəhərində kommendant saatı elan edilib - 2004-06-30


İraqın Nəcəf şəhərində təhlükəsizlik məqsədi ilə gecələr kommendant saatı elan edilib. Bu addım baş nazir İyad Ələvinin İraqın yeni hökumətinin zorakılıqlarla mübarizə məqsədi ilə təcili ölçülər görüləcəyini deməsindən sonraya təsadüf edir. Xatırladaq ki, Nəcəf son 3 ay ərzində radikal şiə ruhanisi Moqtəda Əl- Sədrin başçılıq etdiyi yarqlıların zorakılıq səhnəsinə çevrilmişdi. Yaraqlılarla atəşkəs əldə edilsə də ara-sıra qarşıdurmalara yol verilir. Eyni zamanda Bağdadın Beynəlxalq Hava Limanı yaxınlığında həyata keçirilən hücum 11 əsgərin yaralanmasına səbəb olub.

XS
SM
MD
LG