Accessibility links

Əfqanıstanda keçiriləcək seçkilərin tarixi məlum deyil - 2004-07-03


Əfqanıstanın seçki kommissiyasının rəsmiləri hökumət rəsmiləri və siyasi partiyalarla ölkədə sentyabr ayında keçiriləcək prezident və parlament seçkilərinin gününü müəyyənləşdirmək üçün müzakirələr ararırlar. Rəsmi şəxslər seçkilərin yenidən təxirə salınmasına dair iddiaları rədd edirlər. Birləşmiş Millətlər Təşkilatı və Afqanıstanın seçki komissiyasının rəsmiləri deyirlər ki, seçkilərin tarixi haqda hələ qərar qəbul edilməyib. Komissiyanın üzvü Məhəmməd Əzam Amerikanın Səsinə bildirib ki, seçkilərin keçirilməsi məsələsi hökumət və siyasi partiyalarla hələ də müzakirə olunur. Afqanıstanda Taliban hərəkatının qarşısı az da olsa alınsa da iyun ayına təyin edilmiş seçkiləri hökumət məcburi olaraq sentyabr ayına kimi təxirə salmağa məcbur oldu. Seçki qanununa görə səsvermə seçkilərə 90 gün qalmış təyin edilməlidir. Cənab Əzam bildirib ki, danışıqlarda əsasən təhlükəsizlik, yarqlıların tərksilah edilməsi və maliyyə məsələləri müzakirə edilir. O deyib: “Biz hələ ki, qəti bir qərara gəlməmişik. Əgər qəti bir qərar qəbul etsək, biz bunu əfqan xalqına və bütün dünyaya lazımi kanallarla çatdıracağıq.” Bu arada isə Taliban tərəfdarları xarici və hökumət əsgərlərinə hücumlar edirlər. Son həftələr seçki komissiyasının üzvlərinə və səsvermədə iştirak edəcək şəxslərə hücumlar nəticəsində onlarla adam qətlə yetirilib. Lakin hücumlara baxmayaraq Əfqanıstanın prezidenti Həmid Karzai və Birləşmiş Ştatlar koalisiya qüvvələrinin rəsmiləri seçkilərin sentyabr ayında keçirilməsində təkid edirlər. Artıq 9,5 əfqan seçicisinin yarısının qeydiyyatdan keçdiyi bildirilir.

XS
SM
MD
LG