Accessibility links

Liviya liderinin qızı Səddam Hüseyni müdafiə edəcək - 2004-07-03


Liviya lideri Mömər Qazzafinin qızı Aişə Qəzzafi İraqın keçmiş diktatoru Səddam Hüseyni müdafiə etməyə hazır olan çoxmillətli vəkillər heyətinin üzvü olmağı təklif edib. Vəkillər heyətinin başçısı İordaniyalı vəkil Məhəmməd Raşdan bu xəbəri təsdiq edərək bildirib ki, Aişə Qəzzafi vəkillər heyətinə daxildir. Keçən dekabrda Amerika əsgərləri Səddamı ələ keçirdikdən sonra onun həyat yoldaşı Səcidə və üç qızı Səddamı müdafiə etmək üçün 20 vəkildən ibarət bir heyəti təmin ediblər. Cümə axşamı Səddam Hüseyn Birləşmiş Ştatların hərbi bazasında təşkil edilmiş xüsusi tribunalın qarşısına çıxarılmış və ona qarşı irəli sürülən ittihamnaməni imzalamaqdan boyun qaçırmışdır.

XS
SM
MD
LG