Accessibility links

Amerika konqresmeni Cümə məscidindəki hadisələrə münasibətini bildirib - 2004-07-03


Birləşmiş Ştatlar Konqresinin İnsan Haqları üzrə Helsinki Komissiyasının sədri Konqresmen Kristofer Smit çərşənbə günü Bakıda Cümə Məscidinin Azərbaycanın rəsmi dairələri tərəfindən müsadirə edilməsinə və polisin dindarlara qarşı zor işlətməsinə qarşı etirazını bildirmiş və bu hadisədən hiddətləndiyini bəyan etmişdir. Cənab Smitin bəyanatında deyilir ki, hökümətin dinc islam icmasını məsciddən zorla çıxarması biyabırçılıqdır. Sənəddə qeyd olunur ki, məscidin rəhbərliyinə qarşı heç bir ittiham irəli sürülməməlidir. Belə ki, Cümə Məscidi icmanın lideri Azərbaycan hökümətinin repressiv siyasətlərinə qarşı çıxış edənə qədər 10 ilə yaxın sərbəst fəalliyət göstərmişdi. Sovet stilində həyata keçirlmiş əməliyyat onu göstərər ki Azərbaycan höküməti fərdlərin dini baxışlarına nəzarət etmək əzmindədir. Konqresmen Smitin rəyinə görə bu addımları ilə hökumət ATƏT qarşısındakı öhdəliklər də daxil olmaqla din azadlığı ilə bağlı beynəlxalq aləmdə tan'nmış standartları inkar edir. Bu hərəkətlər Azərbaycanın insan haqları sahəsindəki öhdəliklərə əməl etmədiyini bir daha sübut edir və Azərbaycanın beynəlxalq reputasiyasına kölgə salır. Hökümətin dini icmalara qarşı zorrakılığı Azərbaycanı qara sovet illərinə qaytarır. Hökümət din azadlığına hörmət etməli və Cümə Məscidinin icmasına hökumətin nəzarətindən azad şəkildə dini mərasimlərini keçirməyə icazə verməlidir.

XS
SM
MD
LG