Accessibility links

Bağdadın cənubunda nəzarət buraxılış məntəqəsinə hücum olub - 2004-07-03


Bağdadın cənubunda qiyamçıların nəzarət buraxılış məntəqəsinə edilın hücum nəticəsində İraq milli qvardiyasının 5 əsgəri həlak olub. Bağdadın 30 kilometr cənubunda yerləşən Mahmudiyyə xəstəxanasının rəsmiləri deyirlər ki, əməliyyatda 5 əsgər də yaralanmışdır. Bu hücum Bağdadın cənubunda Amerika əsgərləri tərəfindən partlayıçı maddələr istehsal edən bir emalatxanın aşkara çıxarılmasından sonraya təsadüf edir. İraqdakı Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri deyirlər ki, əsgərlər emalatxanada işləyən 50 nəfəri həbs edib və içərisində partlayıçı maddələr olan 4 maşını ələ keçiriblər. Keçən ay 20-dən çox maşına yerləşdirilmiş bomba partlayışı baş vermişdi. Bu arada Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri bildirirlər ki, cümə günü Amerika əsgərləri İraqın qərbindəki Əl-Anbar vilayətində təhlükəsizlik əməliyyatları həyata keçirən vaxt bir əsgər həlak olub.

XS
SM
MD
LG