Accessibility links

Kerri: ABŞ-ın İraq siyasəti reallıqdan uzaqdır - 2004-07-04


Demokrat partiyasından prezident seçkilərində namizəd olacağı gözlənilən Con Kerri Birləşmiş Ştatlara İraqda daha artıq beynəlxalq partnyorun lazım olduğunu deyib. Fikirlərilə Vaşinqton Post qəzetində bölüşən senator Kerri deyib ki, ABŞ-ın İraq siyasətində realizmə ciddi surətdə ehtiyac duyulur. Senator Kerrinin bildirdiyinə görə, Buş administrasiyası İraq məsələlərində müttəfiqlərə daha artıq səs və ölkənin bərpası üçün bir neçə milyardlıq müqavilərə yol açılması üçün imkan verməlidir. Cənab Kerri habelə İraqın qonşularının iştirakı ilə regional kponfransın keçirilməsinə çağırıb. Prezident Buşun bu gün Qərbi Virciniya ştatında Müstəqilllik günü münasibətilə çıxışında İraq müharibəsini müdafiə edəcəyi gözlənilir.

XS
SM
MD
LG