Accessibility links

Amerikalılar 4 İyul Müstəqillik gününü qeyd edir - 2004-07-04


Birləşmiş Ştatların hər yerində kiçik və böyük şəhərlərdə təntənəli mərasimlər keçirilir, amerikalılar konsertlərdə və nümayişlərdə iştirak edir. Bir çox yerlərdə 228 il bundan əvvəl 1776-cı ilin iyul ayının 4-ü 13 koloniyanın Britaniya idarəçilindən azad olduğunu bəyan edən Azadlıq Bəyannaməsinin mətni ictimiayyət qarşısında oxunur.

Nyu York, Vaşinqton və Los Anceles kimi böyük şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Daxili Təhlükəsizlik nazirliyi amerikalıları ayıq olmağa çağırıb, lakin bayram həftə sonu xüsusi hücum təhlükəsinin olmadığını bildirib.

XS
SM
MD
LG