Accessibility links

Türk sülhməramlıları İraqı tərk edir - 2004-07-04


Türkiyə rəsmisinin verdiyi məlumata görə Türkiyə Şimali İraqda yerləşmiş sülhməramlı qüvvələrinin yerdə qalan hissəsini oradan çıxarmaqdadır. Qeyd edək ki, Türk sülhməramlıları Şimali İraqda iki Kürd siyasi fraksiyasının bir-biri ilə vuruşmasının qarşısın almaqdan ötrü yerləşdirilmişdi. Türklərin bura gəlişi Kürdüstan Demokratik Partiyası və Kürdüstan Vətənpərvərlər Birliyi arasında bağlanmış atəşkəs razılığına əsasən həyata keçirilirdi. Türkiyə hökumət nümayəndəsinin dediyinə görə artıq bu iş yerinə yetirilib; belə ki, Kürd qruplaşmaları arasında münasibətlər Səddam Hüseynin devrilməsindən bəri yaxşılaşıb. Onu da deyək ki, adı çəkilən sülhməramlı qüvvələrdən əlavə Türkiyənin Şimali İraqda bir neçə minlik qüvvəsi yerləşdirilib ki, onların məqsədi Türkiyəyə qarşı 15 ildir ki, vuruşan Kürd qiyamçılarını təqib etməkdir.

XS
SM
MD
LG