Accessibility links

Qəzet ABŞ və Səudiyyə Krallığı arasında məhbus dəyişimi baş verdiyini iddia edir  - 2004-07-05


Amerika qəzetinin verdiyi məlumata görə Birləşmiş Ştatlar rəsmiləri Səudiyyə Ərəbistanında məhbəsdə yatan Qərblilərın azad edilməsinin əvəzində terrorçuluqda şübhələnilən 5 şəxsi krallığa təhvil vermişdir. Nyu York Taymz qəzetinin müxbiri ilə danışan Amerika rəsmisinin dediyinə görə, Birləşmiş Ştatlar bu addımı İraq müharibəsin sonucunda Səudi hökuməti ilə əlaqələri yaxşılaşdırmaqdan ötrü atmışdır. Qeyd edək ki, 2003-cü ilin Mayında Birləşmiş Ştatlar Guantanamo həbsxanasında saxlanılan 5 Səudi vətəndaşını Riyaddakı məhbus düşərgəsinə ötürmüşdü. 3 ay sonra isə Səudi rəsmiləri 5 nəfər Britaniya vətəndaşı daxil olmaqla 7 Qərblini azad etmişdi. ABŞ Təhlükəsizlik Şurasının nümayəndəsi belə bir razılaşmanın mövcudluğunu təkzib edib.

XS
SM
MD
LG