Accessibility links

QIÇSə düçar olanların sayı artıb - 2004-07-06


Birləşmiş Millətlər Təşkilatının yenicə çıxmış hesabatında deyilir ki, 2003-cü ildə HİV və AİDS xəstəliyinə düçar olanların sayı birdən birə artıb. “2004-cü ilin Qlobal AİDS Epidemiyası” adlı hesabatda keçən il 4.8 milyon adamın HİV virusuna tutulduğu xəbər verilir. Tədqiqatçıların müşahidələrinə əsasən, Asiya qitəsinin şərqində və cənub-şərqində AİDS xəstəliyinin qarşısın almaq sahəsində lazımi tədbirlərin görülməməsi ucbatında 1,1 milyon yeni infeskiyalar baş verib. Xatırladaq ki, 25 milyon insanın müalicə-olunmaz xəstəliyə düçar olduğu Sub-Sahara Afrikası dünyanın epidemiyaya məruz qalmış ən pis guşəsi olara qalır.

XS
SM
MD
LG