Accessibility links

Bağdadın mərkəzində minomyot atəşi nəticəsində yaralananlar var - 2004-07-07


İraq polisinin verdiyi xəbərdə bu gün Bağdadın mərkəzində minomyot atəşi nəticəsində 6 nəfərin yaralandığı bildirilir. Minomyotdan atılan mərmilər baş nazir İyad Ələvinin yaşadığı yerin və onun siyası partiyasının baş qərərgahının yaxınlığına düşmüşdür. Minomyotdan eləcə də Birləşmiş Ştatlar və Britaniya səfirliyinin yerləşdiyi “Yaşıl zona” adlanan yerə də atəş açılıb. Birləşmiş Ştatlar hərbi qüvvələri və İraqın təhlükəsizlik qüvvələrilə üsyançılar arasında Bağdadın Dəclə şayı məhəlləsində atışma olduğu xəbər verilir. Birləşmiş Ştatlar hərbi qüvvələri bu hücumlar haqda hələ ki, məlumat verməyib. Dünən İraqın gərbində Birləşmiş Ştatlar hərbi dəniz qüvvələrinin 4 nəfər əsgərinin, bazar ertəsi isə Əl-Anbar vilayətində 3 nəfər əsgərin qətlə yetirildiyi xəbər verilir.

XS
SM
MD
LG