Accessibility links

İraqın müvəqqəti hökuməti yeni qanun qəbul edib - 2004-07-07


İraqın müvəqqəti hökuməti qiyamçılara və xaricdən gələn İslamçı militantlara qarşı daha effektiv mübarizə aparmağa imkan verəcək yeni qanun paketi qəbul etmişdir. İraqın ədliyyə naziri Malik əl-Həsənin dediyinə görə onun hökuməti bu qəbul ediləcək qanunların bəzi azadlıqları sıxışdıracağından agahdır, amma bütün hallarda insan hüquqları pozuntularının qarşısını almaq üçün olan qarantilər öz yerində qalır. O əlavə edib ki, İraqın yanvar ayında keçiriləcək seçkilərə doğru irəliləyişini əngəlləməyə çalışan qiyamçıların yerində oturdulması üçün bu qanun vacibdir. Bu gün Baş Nazir İyad Ələvi tərəfindən imzalanmış qanun hökumətə zorakılığın tüğyan etdiyi yerlərdə fövqəladə vəziyyət elan etmək, komendant saatı və başqa sərt ölçülər tətbiq etmək ixtiyarı verir.

XS
SM
MD
LG