Accessibility links

Yəmən Əl Qaidə üzvlərini rəsmi olaraq ittiham edir - 2004-07-07


Yəmən dörd ilə yaxın bir zamanda Birləşmiş Ştatların USS KOl hərbi gəmisinə edilən hücumda günahlandırılan 6 nəfər Əl-Qaidə üzvünə rəsmi olaraq ittiham irəli sürüb. Bu hücum zamanı Aden limanında 17 nəfər Birləşmiş Ştatlar dənizçisi qətlə yetirilmiş, 40-a yaxını isə yaralanmışdı. İttiham edilənlərdən 5 nəfərinin işinə bu gün Sanaa məhkəməsində baxılmışdır. 2002-ci ildən bəri Birləşmiş Ştatların nəzarəti altında olan altıncısı isə bu gün giyabi olaraq ittiham edilir. Məhkəmənin davamı iyul ayının 14-də keçiriləcək. Xatırladaq ki, 2000-ci ilin oktyabr ayında Birləşmiş Ştatların USS KOl hərbi gəmisi Aden limanında yanacaq doldurarkən hücuma məruz qalmışdı.

XS
SM
MD
LG