Accessibility links

İraqda girov götürülmüş filippinli sürücü azad olmaq üzrədir - 2004-07-10


Filippin rəsmilərinin bildirdiyinə görə İraqda yaraqlılar tərəfindən girov götürülmüş və ölümlə hədələnmiş filippinli yük maşınının sürücüsü hal-hazırda azad olmaq üzrədir. Əmək naziri Patrisiya Santo Tomas deyib ki, Angela dela Kruz hələ ki, Filippinə təhvil verilməyib. Lakin o bu gün Bağdad mehmanxanasına gətirilib. Cənab dela Kruzun çəkildiyi son video yazısında o, hökumətindən 50 nəfərə yaxın fuilippinli əsgəri İraqdan çixarmağı xahiş etmişdi. Yaraqlılar əgər tələbləri yerinə yetirilməsə şənbə günü onun başını kəsəcəkləri ilə hədələmişdilər. Filippin rəsmilərinin bildirdiyinə görə onun hərbi qüvvələri İraqdan cədvəl üzrə avqustun 20-dən tez çıxarılmayacaq. Eyni zamanda Bolqar rəsmiləri də bu gün bildiriblər ki, girov götürülmüş bolqar sürücüləri İvailo Kepov və Georgi Lazov hələ sağdırlar. Yaraqlılar isə deyiblər ki, Terrorist Əbu Müsab Əl Zərqavi ilə əlaqəsi olanlar həbsdən azad edilməsə onlar girov götürülənləri qətlə yetirəcək.

XS
SM
MD
LG