Accessibility links

Kəşmirdə qumbara atılması nəticəsində yaralananlar var - 2004-07-10


Polisin verdiyi xəbərə görə Hindistanın Kəşmir vilayətində İslamçı militantlar tərəfindən kütlənin sıx olduğu avtobus dayanacağına qumbara atılmış və nəticədə 30-a yaxın adam yaralanmışdır. Polisin dediyinə görə, bu gün Anantnaq şəhərində polis patruluna sarı atılan qumbara öz hədəfindən yan keçərək avtobus dayanacağına düşmüşdür. Xəbərlərdə yaralananlardan bəzilərinin vəziyyətinin çox ağır olduğu bildirilir. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG