Accessibility links

Zərqavinin qrupu Cümə Axşamı baş verən hücum üçün məsuliyyəti boynuna götürüb - 2004-07-11


İraqda axtarışda olan məşhur terrorçu Əbu Musəb əl-Zərqavi ilə əlaqəsi olan militantlar Cümə Axşamı 5 Amerika əsgərinin və 1 İraqlı qvardiyaçının ölümünə səbəb olan hücum üçün məsuliyyəti öz boyunlarına götürüblər. Zərqavinin Təvhid və Cihad adlı qrupu tərəfindən İslamçı İnternet səhifəsində verilmiş bəyanat İraq Milli Qvardiyasının Samarradakı qərargahını minamyot atəşinə tutduğunu açıqlayır. Xatırladaq ki, əslən İordaniyalı Əbu Musəb əl-Zərqavi ən təhlükəli və axtarılan şəxslərin siyahısına başçılıq edir. Birləşmiş Ştatlar onun başına 25 milyon dollar mükafat qoyub.

XS
SM
MD
LG