Accessibility links

Rock and Roll, Elvis Presley və başqaları - 2004-07-11


1954-cü il iyulun 5-i Elvis Preslinin “That's All Right" adlı ilk hitinin Sun Rekords studiyasında səsə yazması rok-n-rolun 50 illik yubileyi kimi qəbul edilsə də, rokun ad günü, əslində, bundan əvvələ təsadüf edir. Musiqi aləmində bununla bağlı müxtəlif fikirlər var. Elvis Presli, gitara çalan Skotti Mur və zərb alətlərin icaçısı Bil Blekin saatlarla məşqdən sonra hiti yazıya alması bəziləri tərəfindən həqiqətən də rok-n-rolun ad günü adlandırılsa da, 1954-cü ilə qədər rok-n-rola misal gətirilə biləcək digər nümunələri göstərmək olar. Məsələn, Amos Milburnun “Rock, Rock, Rock”, 1952-ci ildə Ravensin “Rock Me All Night Long” mahnısı. 1948-ci ildə Vinoni Herris oxuduğu mahnını “İ Heard Nevvs, There’s Good Rockin’ Tonight” adlandırmışdı. Viskonsin universitetində Afrika-Amerika tədqiqatları üzrə mütəxəssis Kreq Verner 1954-cü ildə Elvisin hitinin ümumiyyətlə rok-n-rolda yeni bir şey olmadığını deyir. “ Əgər yalnız Memfisdəki bu studiyadan danışmaq istəyirsinizsə, Ayk Törner artıq musiqidə bu yolu açmışdı.” Söhbət “Rocket 88”-dən gedir. Elvisin “Thats All Right” hitindən üç il əvvəl zənci musiqiçi Ayk Törner elə həmin Sun studiyasında bəzən rok-n-rolun ilk yazıya alınan mahnısı adlandırılan “Rocket 88”-i yazdırmışdı. “Rocket 88” ağ musiqiçilərin xoşuna gəlsə də, onlar bu musiqini kamil heab etmirdilər. Rok-n-rolun əsasını dörd zərb strukturu, təşkil edir: bir, iki, üç, dörd və bunu da səkkiz nota bölmək olar: bir və iki və üç və dörd. Memfisli musiqiçi və yazıya alma stiydasında prodüser Cim Dikenson deyir ki, əsas məsələ səkkiz notu necə ifa etməyinizdədir. “Burada söhbət irqi məsələdən gedir, ağ musiqiçilər bu səkkiz notu bir tərzdə, qara musiçilərsə başqa bir tərzdə ifa edirlər. Bunun siyasi baxımdan düzgün olub-olmaması məni maraqlandırmır, bu belədir və onlar arasında müəyyən mənada gərginlik var ki, bu da rok-n-roldur.” Amma məsələ “Rocket 88”, Elvis Presli, ya da hansısa sinqldə deyil. 50 il bundan əvvəl Memfisdəki yazıya alma studiyasında ağ və zənci musiqiçilər musiqi yaradırdı. Bunun ilk rok musiqisinin yazıya alınması olduğunu demək çətindir, amma bu, mühüm deyil. Mühüm musiqinin özüdür. Rok-n-roldur.

XS
SM
MD
LG