Accessibility links

Karzai: Əfqanıstana ən böyük təhlükəni özəl silahlı qruplar təşkil edir - 2004-07-12


Nyu York Tayms qəzetinə müsahibə verən Əfqanıstanın prezidenti Həmid Karzai ölkə üçün ən böyük təhlükənin taliban partizanlarının deyil, özəl silahlı dəstələrin olduğunu deyib. Prezidentin sözlərinə görə, onların tərksilah edilməsi üçün yeni aksiyalar həyata keçirilməlidir. Nyu York Taymsın verdiyi məlumata əsasən, Əfqanıstanda 60 min silahlıdan son aylar həyata keçirilməyə başlamış hökumət proqramına əsasən, yalnız 10 mini tərksilah edilib. Prezident Karzai bildirib ki, Əfqanıstanda aprel ayına təyin olunmuş seçkilərin azad və ədalətli keçməsinə əsas təhlükəni bu silahlılar təşkil edir.

XS
SM
MD
LG