Accessibility links

Həbsdə olan müxalifət  liderləri aclığa başlayıb - 2004-07-13


Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə "İctimai televiziyanın yaradılması perspektivləri" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Milli Teleradio Şurasının sədri, deputatlar, Mətbuat Şurasının üzvləri, hüquq-müdafiə, ictimai təşkilatların rəhbərləri, ekspertlər, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak edib. Media Hüquqları İnstitunun nümayəndəsi Ələsgər Məmmədli bildirib ki, ictimai televiziya hakimiyyətin nəzarətindən kənarda olan bir qurum kimi yaranmalıdır. Gürcüstan vətəndaşı olan azərbaycanlıların durumu ilə bağlı dəyirmi masa keçirilib.Müzakirələr zamanı Gürcüstanda azərbaycanlıların siyasi, sosial, milli-etnik, mülkiyyət, vicdan azadlığı hüquqlarının hər an pozulduğu qeyd edilib. Tədbir iştirakçıları Gürcüstan və Azərbaycan prezidentlərinə müraciət imzalayıb. Azərbaycanda son günlər aclıq aksiyalarının sayı artamqdadır. Dünən Qarabağ Azadlıq Təşkilatının üzvləri aclığa başladıqdan sonra bu gün həbsdə olan müxalifət liderləri aclığa başlayıb. Onlar məhəkəmnin ədalətli keçirilməsini, müdafiə tərəfinin və təqsirli bilinən şəxslərin vəsatətlərinin təmin edilməsini tələb edir.

XS
SM
MD
LG