Accessibility links

Amerika AİDS-ə qarşı ucuz dərmanların istehsalına mane olduğuna  görə təndiq edildi - 2004-07-13


Banqkokda beynəlxalq AİDS, QİÇS konfransında Vaşinqton inkişaf etməkdə olan ölkələrin HİV virusuna qarşı ucuz dərmanlar istehsal etmək səylərinə bilərəkdən mane törətdiyi üçün tənqidərə məruz qalmışdır. Fransa bildirib ki, ABŞ və digər ölkələr arasında Amerikanın farmakologiya şirkətlərinin istehsal etdiyi dərmanların patent hüququnun qorunmasını nəzərdə tutan ikitərəfli ticarət sazişləri həmin dərmanların inkişaf etməkdə olan ölkələrdə istehsalı səylərinin qarşısını alır. Səhiyyə orqanlarının rəsmilərinin bildirdiyinə görə, yoxsul ölkələrdə AİDS xəstəliyinə tutulmuş 6 milyon xəstədən yalnız 420 mini dərman ala bilir. BMT-nin baş katibi Kofi Annan isə bildirib ki, ABŞ-ın bütün diqqəti terrorizmə qarşı mübarizəyə yönətməsi dünyada ən sürətlə yayılan AİDS epidemiyasını kölgədə qoymuşdur. BBC şirkətinə müsahibədə cənab Annan bildirib ki, Birləşmiş Ştatlar və Avropa ölkələri BMT-nin QİÇS fonduna daha artıq maliyyə vəsaiti verməlidir. Prezident Buşun AİDS məsələləri üzrə xüsusi nümayəndəsi doktor Entoni Fauçi isə bildirib ki, Amerika Birləşmiş Ştatları QİÇS-ə qarşı mübarizə öz üzərinə düşən hissəni yerinə yetirir.

XS
SM
MD
LG