Accessibility links

İraq NATO-un ölkənin təhlükəsizlik qüvvələrinə təlim vermək işini sürətləndirməsini istəyib - 2004-07-13


İraqın xarici işlər naziri Xoşyar Zebari NATO-nun Brüsseldəki baş qərargahında alyansın səfirlərilə görüşdükdən sonra müxbirlərə deyib ki, NATO keçən ay İstanbulda zirvə toplantısında İraqın təhlükəsizlik qüvvələrinə təlim verməyi öz öhdəsinə götürmüşdü. “Bizim buna böyük ehtiyacımız var”-deyə xarici işlər naziri əlavə etmişdir. NATO-nun baş katibi Yaap de Hoop Şefferin dediyinə görə, NATO müttəfiqləri İraqın təhlükəsizlik qüvvələrinə təlim verilməsi yolları haqda qərarı bu ay qəbul edəcəklər. NATO-nun hərbi müttəxəssisləri təlim məsələlərini həll etmək üçün bu yaxınlarda İraqda olublar. Onların bir neçə gün ərzində səfərlə bağlı hesabatı NATO səfirlərinə təqdim edcəcəyi gözlənilir. Fransa NATO-nun İraqla məşğul olması əleyhinə çıxaraq bildirir ki, İraqın təhlükəsizlik qüvvələrinə təlim təşkilatın üzvü olan dövlətlər tərəfindən ayrı-ayrılıqda verilə bilər. Birləşmiş Ştatlarsa bu işi NATO-nun yerinə yetirməsini istəyir. Xarici işlər naziri Zebari bildirir ki, İraq hökuməti təhlükəsizlik qüvvələrinə hərbi təlimin ölkə daxilində keçirilməsinin tərəfdarıdır. O, NATO qarşısında İraqın təhlükəsizlik qüvvələrinin avadanlıqla təmin edilməsi məsələsini də qaldırmışdır. Bu, təhlükəsizlik qüvvələri üçün sərhədləri qorumaq və BMT-nin dəstəklədiyi seçkilərin təhlükəsizliyini təmin etmək işini asanlaşdıra bilər. NATO-nun Baş Katibi de Hoop Şefferin bu yaxın həftələrdə cənab Zebarinin xahişinə cavab verəcəyi gözlənilir.

XS
SM
MD
LG