Accessibility links

İraq polisi cinayətkarları həbs edir - 2004-07-13


İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadda təkcə bu gün ərzində keçirilmiş reydlər zamanı polis cinayətkar olmaqda şübhələnilən 525 nəfəri həbs edib. Daxili işlər nazirliyinin rəsmilərinin verdiyi məlumata görə, həbs edilənlər oğurluq, qətl, adam oğurlamaq və narkotik maddələr alverilə məşğul olmaqda şübhəli bilinirlər. Polisin bu reydləri Səddam Hüseyn hakimiyyəndən devrildikdən sonra qayda-qanunun mövcud olmadığı İraq şəhərlərinin küçələrini təmizləmək səylərinin bir hissəsidir. Rəsmilərin bildirir ki, həsb edilənlərin çoxu ABŞ-ın İraqa müdaxiləsindən əvvəl Səddamın həbsdən azad etdiyi cinayətkarlardır.

XS
SM
MD
LG