Accessibility links

Amerikada şosse yollarının tarixindən  - 2004-07-13


Əlli il bundan əvvəl iyulun 12-də prezident Duayt Eyzenhauerin planı ölkədə super şosse yollarının tikintisinə başlanğıc verdi. İki il sonra 1956-cı ildə Konqres Amerikanın bütün ştatlarını əhatə edən şosse yolları şəbəkəsinin yaranması planının təsdiq etdi. Prezident Eyzenhauerin planını o zaman vitse prezident olan Riçard Nikson açıqlamışdı. “Gəlin, Birləşmiş Ştatların bu günkü şosse yolu sisteminə nəzər salaq. Onun böyük hissəsi artıq köhnəlib. Hər il yol tıxaclarında, dolayı yollarla gedib-gəlmək nəticəsində milyardlarla dollar atılır.” Bunun həlli kimi, prezident Eyzenhauer tikintisi on il ərzində başa çatdırılması nəzrədə tutulan əlli milyard dollarlıq plan təklif etdi. Qəribə burasıdır ki, bu layihənin son hissəsi Big Dig in Boston adı ilə tanınmış Bostondakı tunel və körpü vitse-przident Niksonun çıxışından on il deyil, 50 il sonra bu il başa çatdırıldı. Federal şosse yolları aministrasiyasında tarixçi Riçard Vaynqroff deyir ki, prezident Eyzenhaurein super şosse yollarına marağını iki səbəblə izah etmək olar. Birincisi, İkinci Dünya müharibəsi dövrü müttəfiq qüvvələrin Almaniyaya daxil olmasına rəhbərlik edən Duayt Eyzenhauer Adolf Hitlerin Autoban şosse yollarını yaxından öyrənə bilmək imkanı əldə etmişdi. Digər səbəbsə, bundan 25 il əvvəl ordu konvoyu ilə Amerikanın yollarında uzücü səfər olmuşdu. Bu konvoyla səfər zamanı Duayt Eyzenhauer Amerikanın ən ağır yollarından keçib getmişdir. Prezident Eyzenhauer və onun Konqresdə tərəfdarları yeni avtomagistrallar sitetminin yanacaq satışından gələn vergilərdən əldə edilən gəlirlər hesabına maliyyəşdiriləcəyini düşünürdülər. Lakin cənab Eyzenhaueri təşvişə salan o oldu ki, Konqres 1955-ci ildə neft və yük daşımaları şirkətlərinin təzyiqləri altında qalıb yeni avtomagistrallar sisteminin yaradılmasına başlanğıc verəcək heç bir qanunu təsdiq etmədi. Yalnız bundan sonra müşahidəçiərin fikrincə, qanunvericilər lahiyənin hətta vergilər qalxsa belə, gətirəcəyi gəlirlərin yüksək olacağını başa düşməyə başladılar. Beləliklə, tarixdə ən möhtəşəm mühəndislik layihəsinin həyata keçirilməsinə başlanıldı. Bu gün əlli ildən sonra 64 min kilometrlik avto magistralların çəkilişnə xərclənmiş vəsait 130 milyardı ötüb keçir. Bu gün Amerikanın avto magistrallarında 18 təkərli bir yük maşını 36 tondan çox yük daşıyır. Bu nəhəg yol sisteminə nəzarət etmək üçün tarffik mərkəzləri sürücüləri daim məlumatlandrılar. Bu gün şosse yolları Amerikanın ayrılmaz hissəsidir. Son məlumatlara görə, Konqres ştatlara yolların bəzi hissələrində pullu keçidlər qoymaq səlahiyyəti verməyə hazırlaşır. Tələsən sürücülərin ödəcəyi bu pula daha artıq yol tikmək olar.

XS
SM
MD
LG