Accessibility links

Əl-Qaida üzvü Səudiyyə hökumətinə təslim oldu - 2004-07-13


Səudiyyə Ərəbistanında hökümətin amnistiyasını qəbul etmiş Əl-Qaida üzvü olmaqda şübhələnilən bir yaraqlı Iran-Əfqan sərhədini tərk edərək təslim olmaq üçün krallığa dönmüşdür. Səudiyyə televiziyasının verdiyi məlumata görə Əbu Suleyman Əl Məkkı ləqəbi ilə tanınan yaraqlı Səudiyənin İrandakı səfriliyinə təslim olmuşdur. Sonra o, təyyarə ilə Riyada çatdırılmışdır. Əlil arabasından istifadə edən bu şəxs vaxtilə Əfqanıstan və Bosniyada döyüşmüşdür. Röyters agentliyinin məlumatına görə, məşhur bir videogörüntüdə bu şəxs 11 sentyabır terror hücumlarından sonra Usama Bin Ladeni təbrik etmişdir.

XS
SM
MD
LG