Accessibility links

İranda yol qəzası nəticəsində 24 nəfər həlak olub - 2004-07-14


İran rəsmilərinin verdiyi xəbərdə deyilir ki, İranın cənubunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 24 nəfər həlak olmuş, onlarla adam da yaralanmışdır. Fars vilayətindən polisin bildirdiyinə görə, hadisə yük maşını nəzarətdən çıxaraq üzbəüz gələn avtobusla toqquşması nəticəsində baş vermişdir. Bildirildiyinə görə, İran dünyada yol qəzası nəticəsində həlak olan insanların sayının ən yüksək olduğu ölkələrdən biridir.

XS
SM
MD
LG