Accessibility links

İraqda bomba hücumu nəticəsində 10 adam həlak olub - 2004-07-15


İraq rəsmiləri Bağdaddan şimal-qərbdə yerləşən Hadisa şəhərinin polis məntəqisi yaxınlığında maşına qoyulmuş bombanın partlaması nəticəsində azı 10 adamın öldüyünü bildirirlər. Kərbəla şəhərində baş vemriş ayrı bir insident zamanı polisin bildirdiyinə görə, partlayıcı maddələrlə dolu maşının partlaması nəticəsində avtomobildəki iki nəfər ölmüşdür. Kərkükdə raket atəşinə məruz qalmış bir evin bütün dörd sakini həlak olmuşdur. Bu arada, partizanlar İraqın şimalı və cənubunda neft kəmərlərində təxribat yaratmağa çalışıblar. Davam edən zorakılıqlara cavab olaraq ölkənin baş naziri İyad Əlavi terrorizmə qarşı mübarizə aparacaq yeni təhlükəsizlik xidmətinin yaradılacağını elan etmişdir.

XS
SM
MD
LG