Accessibility links

Hindistanda məktəbdə yanğın nəticəsində 88 uşaq həlak olub - 2004-07-17


Hindistanda valideynlər cümə günü Tamil Nadu ştatındakı məktəbdə baş vermiş yanğın nəticəsində həlak olmuş 88 övladının ölümünə yas tuturlar. Kədər içində olan valideynlər bu gün öz uşaqlarını dəfn ediblər. Əksəriyyəti 6 və 13 yaşında olan uşaqlar Kumbakonam şəhərində üçmərtəbəli məktəb binasının yanğına məruz qalması nəticəsində həlak olublar. Yanğın məktəbin mətbəxində başlayıb və sonra binanın başqa hissələrinə yayılıb. Vatikanda Roma Papası İohan Pol bundan kədərləndiyini bildirib və qurbanların ailələrinə dua edib. Bu arada Hindistan rəsmiləri məktəbin direktoru daxil olmaqla 5 nəfəri həbs edib və yanğın üzərində tədqiqata başlayıblar.

XS
SM
MD
LG