Accessibility links

Fələstinlilər Ərəfatın təyinatına etiraz edirlər - 2004-07-18


Fələstin muxtariyyətinə Yasir Ərəfatın rəhbərlik etməsinə etiraz edən silahlı şəxs Qəzza zolağında fələstinlilərin kəşfiyyat xidmətinin ofisinə hücum edib. Şahidlərin bildirdiyinə görə, silahlı şəxs nəzarəti keçməmiş mühafizəçilərə atəş açmış, sonra isə ofisi atəşə tutmuşdur. Yasir Ərəfatın tənqidçiləri onu hökumətdə baş alıb gedən korrupsiyaya göz yummaqda ittiham edirlər. Fələstinlilərin lideri beynəlxalq ictimiayyətin islahatlar keçirilməsi tələbini yerinə yetirmək üçün şənbə günü təhklükəsizlik qüvvələrinin bir neçə şöbəsini birləşdirmişdir. Lakin onun yeni quruma qohumunu təyin etməsi küçə nümayişlərinə səbəb olmuşdur.

XS
SM
MD
LG