Accessibility links

Aqassi tennis üzrə ABŞ çempionatına hazırlaşır - 2004-07-18


Amerika tennisinin veteranı Andre Aqassi İndiana ştatının İndianapolis şəhərində çempionatda iştiark etməkdən imtina edib. 34 yaşlı idmançı bunun səbəbini tennis üzrə ABŞ çempionatından əvvəl istirahətə böyük ehtiyacı olması ilə izah edib. Los Ancelsedə Mersedes-Bens kubokunda üç matçda oynayan Aqassi zədələnmiş ayağının indi qaydada olduğunu demiş, lakin əlavə etmişdir ki, bir neçə həftə bir-birinin ardınca oynayıb özünü yormaq istəmir. Zədə aldığı üçün Andre Aqassi Uimbldon turnirində iştirak edə bilməmişdir. Özünü yormamaq üçün Aqassi Afinada yay Olimpiya oyunlarında da iştirak etmir.

XS
SM
MD
LG