Accessibility links

Əfqanıstanda amerikalıların məhkəməsi olub - 2004-07-21


Əfqanıstanda qanunsuz olaraq adamları həbs edib işgəncə verməkdə günahladırılaraq mühakimə edilən üç amerikalıdan biri deyib ki, o, Amerika dövlətinə işləyirdi və bunu sübut edə bilər. Conatan Aydema Kabildə müxbirlərə deyib ki, o və onun iki iş yoldaşının Pentaqonla daimi əlaqədə olduqlarını e-meil, məktub və teyp yazıları ilə sübut edə bilər. Birləşmiş Ştatlar hökuməti və hərbiçiləri isə belə bir qrupla əlaqədə olduqlarını danırlar. Bu gün Kabil məhkəməsində həmin üç nəfərə ittihamlar oxunub. Lakin məhkəmə müttəhimlərə özlərini müdafiə etmək üçün vaxt vermək məqsədi ilə öz işini iki həftə müddətində dayandırıb. Həmin şəxslər adamları terrorçuluqda günahlandıraraq qanunsuz olaraq həbs etdikləri üçün iyulun 5-də Əfqan rəsmiləri tərəfindən nəzarət altına alınmışlar. Birləşmiş Ştatalar və Əfqan rəsmiləri deyirlər ki, həmin şəxslər bu hərəkətləri özbaşına edirdilər.

XS
SM
MD
LG