Accessibility links

Türkiyədə qatar qəzasında yüzdən çox insan ölüb - 2004-07-22


İstanbuldan Ankara istiqamətində gedən sürət qatarı bu gün relsdən çıxaraq ən azı 128 nəfərin ölümünə, 57-sinin yaralanmasına səbəb olub. Bu xəbəri Türkiyə Səhiyyə nazirinin müavini Necdet Unuvar verib.

Dövlət dəmiryolu idarəsinin rəis müavini Ali Kemal Ergülecin məlumatına görə, Sakarya vilayətinin Pamukova adlı şəhərinin yanında 4 vaqon çevrilib. Qəzanın səbəbi hələ ki, aydın deyil. Eyni zamanda Sakaryadakı böhran mərkəzinin rəhbəri Muammer Türkər hadisənin təxribatla əlaqəli olduğunu istisna etməyib.

XS
SM
MD
LG