Accessibility links

Azərbayсan prezidenti İlham Əliyev ölkənin şimal rayonlarına səfər edib - 2004-07-23


Prezident regionlardakı real vəziyyətlə tanış olmaq üçün bündan sonra da səfərlərini davam etdirəсəyini deyib. Dövlət başçısının sözlərinə görə, son doqquz ayda 40 min yeni iş yeri açılıb. Müxalifət partiyaları isə bölgələrdə inkişafın intensiv xarakter daşımadığını bildirir. Yerli əhaliyə gəlincə, onlar daha çox işsizlikdən, gəlirlərinin azlığından şikayətlidir. Şimal regionunda işləyən sahibkarlar isə bankların kredit şərtlərinin yüksək olmasından narazıdır. Dövlət başçısı regionda yaşayan etnik azlıqların yaşayış məntəqələrinə də baş çəkib. Prezident dağ yəhudilərinin yaşadığı Qırmızı kənddə və Qusar rayоnunda çıxışlarında bildirib ki, Azərbaycanda bütün xalqlar və milli azlıqlar vahid ailədə yaşayır. Etnik azlıqlarıfn nümayəndələri isə onlara qarşı ayrıseçikliyin olmadığını deyir.

XS
SM
MD
LG