Accessibility links

Sərnişin qatarına hücumda istifadə edilən maşın tapılıb - 2004-07-24


İspan qəzetlərinin yazdığına görə üç ay bundan əvvəl Madriddə sərnişin qatarında 191 adamın ölümünə səbəb olan bomba partlayışınıda istifadə olunan kirayə götürülmüş maşın tapılmışdır. El Mundo qəzeti yazır ki, polis ilk dəfə maşını iyun ayının 13-də, hücuma məruz qalmış qatarın yaxınlığında tapmışdı. Lakin istintaq həmin maşının mart ayının 11-i hücumunda istifadə olunduğunu təsdiq etmədiyinə görə maşın kirayəyə götürüldüyü yerə qaytarılmışdı. Orada maşın təmizlənərkən işçilər maşından içərisində hücumda istifadə edilən bəzi əşyalar olan çanta tapmışlar. Polis həmin çantanı götürmüş, lakin maşın təmizləndiyinə görə əsas izləri aşkar edə bilməmişdir. Qəzetlərin yazdığına görə polis mart ayında həyata keçirilmiş hücumda həmin maşından istifadə olnunduğuna inanır.

XS
SM
MD
LG