Accessibility links

Fələstinlilər İsrailin raket hücumu nəticəsində üç adamın yaralandığını bildirir - 2004-07-25


Fələstinlilərin təhlükəsizlik və səhiyyə orqanlarının bildirirdiyinə görə, İsrailin hərbi vertolyotu Qəzza şəhərində bir evə azı iki raket atıb. Hadisə nəticəsində üç nəfər yaralanıb. Raket hücumu cümə axşamı eyni hücum zamanı islamçı Cihad qrupundan iki yaraqlının öldüyü Zeytun məhəlləsində həyata keçirilib. Bundan əvvəl, İsrailin hərbi qüvvələri yaraqlıların ölkə ərazisinə keçməsinin qarşısının alanması məqsədi daşıdığı bildirilən genişmiqyaslı əməliyyat zamanı Qəzzanın şimalında Beyt Hanun şəhərinə daxil olublar. Fələstinlilərin dediyi kimi, əsgərlər tankların müşayətilə şəhərinin mərkəzinə daxil olaraq, onu tam nəzarət altına götürüblər. Yaranmış toqquşma zamanı fələstinli silahlınnı yaralandığı bildirilir.

XS
SM
MD
LG