Accessibility links

Cerri Qoldsmitin xatirəsinə  1929-2004  - 2004-07-25


Hollivudun ən məşhur bəstəkarlarından biri, Oskar mükafatı almış bəstəkar Cerri Qoldsmit çərşənbə axşamı Beverli Hilsdəki evində 75 yaşında gözlərini əbədi olaraq həyata yumdu. Klassik musiqi ustası, bəstəkar və dirijor Qoldsmit musiqilə 6 yaşından məşğul olmağa başlamışdı. Musiqi onu bütün həyatı boyu müşayət etmiş, Cerri Qoldsmit mükafatlar və şan-şöhrətlə dolu Hollivud karyerası yarada bilmişdir. Cerri Qoldsmit “Star Trek”, “basic İnstinct” və “Chinatovvn” kimi filmələrə yadda qalan musiqilər bəstələmişdir. O, 18 dəfə Oskar mükafatına nominasiya edilmişdir 1976-cı ildə “Omen” filminə bəstələdiyi musiqiyə görə Oskar mükafatı almışdır. Cerri Qoldsmit beş dəfə Emmi mükafatı almış və doqquz dəfə Qızıl Qlobus mükafatına nominasiya edilmişdir.

XS
SM
MD
LG