Accessibility links

Yüksək səviyyəli İraq rəsmisi öldürülüb - 2004-07-26


İraq rəsmiləri daxili işlər nazirliyinin yüksək səviyyəli rəsmisinin Bağdadda qətlə yetirildiyini bildiriblər. Qəbilə məsələlərilə məşğul olan Mussab əl-Avadi bu gün Bağdadda öz evindən çıxarkən iki mühafizəçisi ilə bilrikdə güllə ilə vurulmuşdur. Bundan öncə, ABŞ hərbi qüvvələrinin rəsmiləri Mosulda intiharçının Amerikanın bazası qarşısında maşına qoyduğu bombanı işə saldığını bildirmişlər. Partlayış nəticəsində bir İraqlı qadın, uşaq və mühafizəçi həlak olmuşlar. Britaniya qüvvələrinin nəzarəti altında olan Bəsrə hava limanında isə yaraqlılar bazada işləyən qadınları işə gətirən maşını atəşə tutublar. Hadisə nəticəsində iki qadın ölmüş iki qadınsa yaralanmışdır.

XS
SM
MD
LG