Accessibility links

Tehranda jurnalistlər etiraz aksiyası keçirib - 2004-07-26


Tehranda çoxlu jurnalist hökumətin iki islahat tərəfdarı qəzeti bağlamasına etiraz olaraq nümayiş keçirmişdir. İranın sərt xətt tərəfdarı olan ədliyyə orqanları bu ayın əvvəllərində liberal yönümlü iki gündəlik qəzeti, rəsmi şəxsləri təhqir etmək, yalan məlumat yaymaq və ölkənin təhlükəsizliyinə zərər vermək ittihamı ilə bağlamışlar. Mollaların nəzarətindəki İran məhkəmələri keçən dörd il ərzində təqribən 100-dən çox qəzet və jurnalı bağlamış, onlarla jurnalisti həbs etmişlər. İslahatçılar və insan hüquqları müdafiəçiləri məhkəmələrin qərarlarını və həbsə almaları pisləyir, mühafizəkarların ölkədə müxalifəti boğmaq istədiklərini söyləyirlər.

XS
SM
MD
LG