Accessibility links

Daşkənddə rejim əleyhdarlarının məhkəməsi keçirilir - 2004-07-26


Daşkənddə bu ilin əvvəli terror aksiyaları həyata keçirməkdə ittiham olunan 15 nəfərin məhkəməsi başlayıb. Mart və aprel aylarında Daşkənd və Buxarada bomba hücumları və silahlı hücumlara görə 13 kişi və iki qadın ittiham olunur. Hadisələr zamanı azı 14 nəfər həlak olmuş, 35 nəfər yaralanmışdır. Prokurorlar hücumların Pakistanda terror düşərgələrində və şübhəlilərin əl-Qaidənin fəalları tərəfindən təlim aldıqları Qazaxıstanla sərhəd bölgələrdə planlaşdırıldığını bəyan ediblər. Müxalifətin bildirdiyinə görə isə hücumlar Özbəkistanda avtoritar rejimə etiraz olaraq həyata keçirilmişdir.

XS
SM
MD
LG