Accessibility links

İordaniya şirkəti İraqda fəaliyyətini dayandırır - 2004-07-27


ABŞ hərbi qüvvələri üçün çalışan İordaniya şirkəti yaraqlılar tərəfindən girov götürülmüş iki işçisinin azadlığa buraxılması üçün İraqdan çıxacağını bildirib. Daoud şirkətinin icraedici direktoru İraqda fəaliyyətini dayandırdığını və yaraqlıların bazar ertəsi tələlərinə cavab verərək öz işçilərini ölkədən çıxardığını bildirib. Video kasetdə yaraqlıların şirkət İraqda faəliyyətini dayandırmasa, iordaniyalı iki yük maşını sürücüsünün öldürüləcəyini bildirirdilər. Bundan öncə girov götürülənlərin qohumları Daoud şirkətinin rəsmilərini yaraqlıların tələblərinə cavab vermədikləri təqdirdə zorakılılqlarla hədələmişdilər. Bu arada, Bağdadda İraq hökumətinini üzvlərinin yaşadığı bina və ABŞ səfirliyi yaxınlığında həyata keçirilmiş hücum zamanı bir iraqlı mülki vətəndaş həlak olmuş, koalasiya qüvvələrinin 14 əsgəri yaralanmışdır.

XS
SM
MD
LG