Accessibility links

Daşkənddə ABŞ və İsrail səfirlikləri qarşısında partlyışlar olub.  - 2004-07-30


İntiharçılar tərəfindən həyata keçirildiyinə inanılan hücumlar nəticəsində iki nəfər ölmüş, azı doqquz nəfər yaralanmışdır. Röyter xəbərlər agentliyi İsrailin Özbəkistandakı səfirinə istinadən partlayışın səfirliyinin qarşısında baş verdiyini və iki nəfərin öldüyünü xəbər verir. Amerikanın Səsinin özbək xidmətinin Daşkənd müxbirinin sözlərinə əsasən, yerli vaxtla saat 16:45-də İsrail səfərilyinin və sonra da dövlət baş prokurorluğu qarşısında partlayışlar oldu. Prokurorluq qarşısında hücumdan sonra beş nəfərin yaralandığını bildirildi. Rusiyanın İnterfaks agentliyinin Özbəkistandakı ABŞ səfiriliyindən aldığı məlumata əsasən, bomba hücumları intiharçılar tərəfindən həyata keçirilib. Səfirlik hadisə nəticəsində işçilər arasında xəsarətin olmadığını bildirib. Daşkənddəki partlyışlar Özbəkistanda bi ilin əvvəli 47 adamın ölümülə nəticələnmiş zorakılıqlarla əlaqədar 15 nəfər üzərində məhkəmə prosesinin başlamasından sonraya təsadüf edir. Bu 15 nəfərin Əl-Qaidə ilə əlaqəsi olduğuna inanılır.

XS
SM
MD
LG