Accessibility links

Cənubi Osetiyada gərginlik hökm sürür - 2004-07-30


Gürcüstanın Cənubi Osetiya vilayətində artilleriya və yüngül silah atəşlərinin səsi gəldikcə, Rusiya gərginliyin aradan qaldırılması üçün dərhal danışıqlara başlanmasına səsləyib. Cənubi Ossetiya separatçıları və Gürcüstan hökuməti isə insidentə görə bir-birlərini günahlandırırlar. Cənubi Osetiya separatçılarının rəhbəri Eduard Kokoytı Gürcüstan qüvvələrini yaxşı planlaşdırılmış təcavüzdə ittiham edərək, onları Ossetiya şəhər və kəndlərinə atəş açmaqda günahlandırıb. Gürcüstan qüvvələri isə bu xəbəri təkzib edirlər. Xatırladaq ki, insidentlə bağlı Gürcüstan Prezidenti Mixail Saakaşvili özünün İsrailə olan səfərini yarımçıq qoyaraq vətənə dönüb. 1990-cı ildə müstəqillik elan edən Cənubi Osetiya Rusiyanın tərkibinə daxil olmağa səy göstərir. Yenicə seçilmiş Prezident Saakaşvili isə regionu Gürcüstan hökumətinin nəzarəti altına qaytarmağa çalışır.

XS
SM
MD
LG