Accessibility links

Pakistan və Hindistanın su bəndi üzərində apardığı danışıqlar nəticəsiz qalıb - 2004-07-30


Pakistan və Hind rəsmiləri Yeni Dehli hökumətinin Hindistanın nəzarəti altında olan Kəşmir vilayətində su elektrik stansiyası tikmək planları üzərində razılığa gələ bilməyiblər. Tərəflər Pakistanın İslamabad şəhərində keçirilən danışıqları bu gün bitiriblər. Danışıqların davam öedəcəyini söyləyən rəsmilər konkret tarix müəyyənləşdirməyiblər. Pakistan ehtiyat edir ki, yarımçıq tikilmiş Vular su bəndi Pakistanın Cehlum çayına axan suya təsir göstərə bilər. Bu da Pakistan fermerlərini lazım olan su ehtiyatlarından məhrum edərdi. Hindistanın dediyinə görə layihə iki ölkə arasında imzalanan İndus Su Müqaviləsinə uyğun gəlir.

XS
SM
MD
LG