Accessibility links

İraqda girovların azad edilməsi barədə danışıqlar davam edir - 2004-07-31


İraqda yeddi sürücünü girov saxlayan qiyamçılar onlardan birinin edamını təxirə salıb. Bu arada girovların azad edilməsi barədə danışıqlar davam edir. "Qara baraqlılar" adlı militant qrup yeddi girovun çalışdıqları Küveyt şirkətinə və onların hökumətlərinə İraqı bu günün sonuna qədər tərk etmək barədə ultimatum verib. Bu qrup üç hindistanlını, üç keniyalını və bir misirlini girov saxlayır. Türkiyə mətbuatının verdiyi xəbərdə deyilir ki, iyulun 17-də girov götürülən türk sürücüsü azad edilmişdir.

XS
SM
MD
LG